UEFA boykota qoşulub

UEFA boykota qoşulub
# 29 aprel 2021 17:35 (UTC +04:00)

UEFA sosial şəbəkələrin boykotuna qoşulub.

Apasport.az saytının məlumatına görə, aprelin 30-dan mayın 3-dək qurumun sosial şəbəkə səhifələrində paylaşım edilməyəcək.

Bununla da UEFA irqçilik və ayrı-seçkiliyə etiraz əlaməti olaraq analoji addım atan İngiltərə klublarına dəstək nümayiş etdirib.

Qeyd edək ki, klublar feysbuk, tvitter və instaqramın irqçilik və ayrı-seçkiliyə qarşı mübarizə aparmamasından narazılığını bu yolla göstərməyə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR