Lənkəranda baş verən yol qəzasında üç nəfər ölüb

Lənkəranda baş verən yol qəzasında üç nəfər ölüb
# 21 dekabr 2006 10:53 (UTC +04:00)
Dekabrın 20-də saat 22.00 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə sakini, 1967-ci il təvəllüdlü Rasim Əliməmməd oğlu Bağırovun idarə etdiyi “VAZ-2107” markalı 42 BF747 dövlət nömrə nişanlı “Jiquli” avtomaşını rayonun Bürcəli kənd sakini, 1983-cü il təvəllüdlü Elnur Ədalət oğlu Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı 10 OU 633 dövlət nömrə nişanlı “Jiquli” avtomaşını ilə toqquşub. Nəticədə “VAZ-2107”nin sürücüsü və onun maşında olan qardaşı, 1962-ci il təvəllüdlü Şirməmməd Bağırov hadisə yerində keçiniblər. “VAZ-2106”nın sürücüsü ilə yanındakı sərnişin, 1986-cı il təvəllüdlü Ramil Faiq oğlu Ağayev xəsarətlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq, sürücü Elnur Əhmədovun həyatını xilas etmək mümkün olmayıb. R. Ağayevin vəziyyəti isə qənaətbəxşdir. Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR