Poladəritmə Zavodunda partlayış baş verib

Poladəritmə Zavodunda partlayış baş verib
# 21 dekabr 2006 10:54 (UTC +04:00)
Dünən Nərimanov rayonu ərazisində, Z. Bünyadov prospektində yerləşən Polad Əritmə Zavodunun sexlərindən birində partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisəyə səbəb sobanın həddən artıq qızması olub. Hadisə nəticəsində dağıntı olmayıb. Zavodun işçiləri Əmiraslan Bağıyev və Zamiq Osmanov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyəti orta-ağırdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR