Altıağac Milli Parkında Vəhşi Təbiətin Bərpası Mərkəzi açılacaq

Altıağac Milli Parkında Vəhşi Təbiətin Bərpası Mərkəzi açılacaq
# 21 dekabr 2006 11:00 (UTC +04:00)
Gələn ilin əvvəllərində Altıağac Milli Parkının ərazisində Vəhşi Təbiətin Bərpası Mərkəzi (VTBM) açılacaq. APA-nın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bildirib. O, mərkəzdə insanlar tərəfindən zədə yetirilən və ya hər hansı səbəbdən yaralanmış və xəstələnmiş heyvanların sağaldılaraq təbiətə qaytarılacağını açıqlayıb. Nazirin sözlərinə görə, bu mərkəzin tərkibində fəaliyyət göstərən klinika müasir avadanlıqlarla təchiz olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR