Gəncə şəhər 1 saylı notariat kontorun rəisi Elşən Əliyev: “Daşınmaq əmlakın alqı-satqısı bank vasitəsilə həyata keçiriləndən bəri bu sahədə olan problemlər aradan qalxıb”

Gəncə şəhər 1 saylı notariat kontorun rəisi Elşən Əliyev: “Daşınmaq əmlakın alqı-satqısı bank vasitəsilə həyata keçiriləndən bəri bu sahədə olan problemlər aradan qalxıb”
# 21 dekabr 2006 13:49 (UTC +04:00)
Prezident İlham Əliyevin 15 fevral 2006-cı il tarixli sərəncamına əsasən, daşınmaz əmlakların alqı-satqısı zamanı pul ödənişi fərdi qaydada deyil, bank sistemi ilə həyata keçirilir. Müvafiq sərəncama əsasən Gəncədə də analoji sistem tətbiq olunur. Gəncə şəhər 1 saylı notariat kontorunun rəisi Elşən Əliyev APA-nın Qərb bürosuna verdiyi açıqlamada yeni tətbiq olunan sistemin yaxşı nəticə verdiyini bildirib. “Əvvəllər daşınmaz əmlakların alqı-satqısı zamanı pul ödənişi fərdi qaydada aparılırdı. O zaman bizə ödənişlərlə bağlı hər ay ən azı 15 şikayət daxil olurdusa, yeni sistemin tədbiqindən sonra isə bu kimi problemlərlə üzləşməmişik. Əgər bütün sənədlər hazır olarsa, hər hansı əmlakın satılması 3 gün ərzində rahatlıqla həyata keçirilir. Belə ki, vətəndaşların istəyi ilə ilk olaraq alıcı tərəf pulu əmlak satan şəxsin bank hesabına köçürür. İdarə tərəfindən əmlakın satılma və alınma istəyi haqda müqavilə bağlanılır, bir gündən sonra tərəflər müqaviləni imzalayaraq əmlakın satılması və alınmasına nail olurlar. Bunun üçün hər bir notariat idərəsinin əməkdaşlıq etdiyi bankda depozit hesabı olmalıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR