Müstəqil Azərbaycan Universitetinin quru aclığa başlamış 4 tələbəsi aclığı dayandırıb

Müstəqil Azərbaycan Universitetinin quru aclığa başlamış 4 tələbəsi aclığı dayandırıb
# 22 dekabr 2006 14:12 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) quru aclığa başlamış 4 tələbəsi bu gün aclığı dayandırıb. Bu barədə APA-ya Tələbələrin Hüquqlarının Müdafiə Komitəsinin sədri Elnur Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq tələbələrin səhhəti kəskin şəkildə pisləşibmiş və bu, onların həyatı üçün ciddi təhlükə yaradıb: “Buna görə də Müsavat Partiyasının rəhbərliyi tələbələrdən aclığı dərhal dayandırmağı tələb edib. Onlar bildiriblər ki, əgər tələbələrin həyatı ilə bağlı hər hansı hadisə baş versə, o zaman partiya da məsuliyyət daşıyır”. Müsavat rəhbərliyinin fikrini nəzərə alan 4 tələbə aclığı dayandırsa da, digərləri aksiyanı davam etdirirlər. E.Məmmədov bildirib ki, aksiya növbəti məhkəmə iclasına kimi davam etdiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR