Türkiyəli jurnalist Abxaziya ərazisinə buraxılmayıb

Türkiyəli jurnalist Abxaziya ərazisinə buraxılmayıb
# 29 yanvar 2007 13:22 (UTC +04:00)
Separatçı “Abxaziya Respublikası”nın sərhədçiləri türkiyəli jurnalist Sebitin Sebeyin Abxaziya ərazisinə daxil olmasına imkan verməyiblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, S. Sebey “Rustavi 2” telekompaniyasına açıqlamasında bildirib ki, abxaz tərəfi Suxumiyə getməsi üçün ondan Rusiya vizası tələb edib və İnquri çayı üzərindəki körpüdən buraxmayıb. Türkiyəli jurnalist konflikt zonasında iqtisadi durum, həmçinin martın 4-də keçiriləcək “parlament seçkiləri”nə hazırlıq barədə material toplamaq istəyirmiş. Hazırda Zuqdididə (Qərbi Gürcüstanda) olan S. Sebey bu gün Türkiyəyə qayıtmağı planlaşdırır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR