Gəncədə baş vermiş partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib

Gəncədə baş vermiş partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib
# 29 yanvar 2007 15:14 (UTC +04:00)
Yanvarın 27-də Gəncənin Kəpəz rayonun Sovet küçəsi ev 29 ünvanında qaz sızmasından partlayış olub. Partlayış mənzildə qaz plitəsinin açıq qalması nəticəsində baş verib. Hadisə zamanı mənzildə olan 1927-ci il təvəllüdlü Salman Balaxanoğlu Əsədov ağır xəsarət alıb. Partlayışdan dərhal sonra o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın Qərb bürosuna bildirilib ki, S.Əsədov xəstəxanaya bütün bədən səthinin termiki yanığı və 4-cü dərəcəli yanıq şoku diaqnozu ilə gətirilib. Ağır vəziyyətdə olan xəstə dünən vəfat edib.
Qeyd edək ki, qaz sızması nəticəsində partlayış baş verən evin bir otağı tamam yanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR