Dövlət Baytarlıq Xidməti Sabirabadda ev quşlarının kütləvi tələf olduğu ilə bağlı xəbərləri təkzib edib

Dövlət Baytarlıq Xidməti Sabirabadda ev quşlarının kütləvi tələf olduğu ilə bağlı xəbərləri təkzib edib
# 06 fevral 2007 16:04 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Sabirabad rayonunun bəzi kəndlərində ev quşlarının kütləvi tələfatı barədə yayılan məlumatları təkzib edib. Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, qurumun Sabirabaddakı mütəxəssisləri bu gün həmin kəndlərdə saxlanılan quşlara baxış keçiriblər. Araşdırmalar zamanı kəndlərdə ev quşlarının kütləvi tələf olduğu təsdiqlənməyib: “Dövlət Baytarlıq Xidməti bir daha bildirir ki, ölkə ərazisində monitorinqlər davam etdirilir və bu günə kimi Azərbaycanda “quş qripi” xəstəliyinə təsadüf edilməyib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR