Elçin Behbudov 9 saylı Cəzaçəkmə Müəssisəsində sabiq polis rəisi Müşfiq Mədətovla görüşüb

Elçin Behbudov 9 saylı Cəzaçəkmə Müəssisəsində sabiq polis rəisi Müşfiq Mədətovla görüşüb
# 07 fevral 2007 09:53 (UTC +04:00)
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirib. Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, müəssisədə cəza çəkən bir neçə məhkumla, o cümlədən sabiq polis rəisi Müşfiq Mədətovla görüşüb. Məhkumlar saxlanma şəraitindən və nəzarətçilərin münasibətindən şikayət etməyiblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR