ANS-in tezliyi üzrə elan olunan tenderin nəticələri ləğv edilib

ANS-in tezliyi üzrə elan olunan tenderin nəticələri ləğv edilib
# 09 fevral 2007 14:26 (UTC +04:00)
Bununla bağlı MTRŞ-nın bu gün keçirilən iclasında qərar çıxarılıb. MTRŞ-dan APA-ya bildirilib ki, tenderdə təkcə ANS iştirak etdiyindən, şura üzvləri nəticələri ləğv edərək, yenidən tenderin elan olunması barədə qərara üstünlük veriblər: “Şura iddiaçıların sayının 3-dən az olduğuna görə, “Dövlət satınalmaları haqqında” qanunun 11.1-ci maddəsi və “Milli Televiziya və Radio Şurası haqqında” Əsasnamənin 8.3-cü bəndinin tələblərini əsas götürərək müsabiqəni baş tutmamış hesab edib. Qərara əsasən, yenidən müsabiqə keçiriləcək”. Məlumata görə, fevralın 20-dən martın 20-dək keçiriləcək müsabiqə müddətində ANS TV və ANS ÇM radiosunun fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun hesab edilib.
ANS Şirkətlər Qrupundan isə APA-ya bildiriblər ki, MTRŞ-nın qərarı ilə tanış olduqdan sonra rəsmi münasibət açıqlayacaqlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR