Gədəbəydəki N saylı hərbi hissədə əsgərlər arasında atışma baş verib, ölənlər var

Gədəbəydəki N saylı hərbi hissədə əsgərlər arasında atışma baş verib, ölənlər var
# 10 fevral 2007 12:25 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun hərbi mənbələrdən əldə etdiyi məlumat görə, Ağdam rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Sənan Quliyev əsgər yoldaşlarından birini güllələyib. İnsidentə hərbi hissədə 4-5 nəfərin onunla mübahisə etməsi səbəb olub. S. Quliyev həmin əsgərlərin hamısını güllələmək istəsə də, əsgər yoldaşlarından biri onu avtomat silahdan açdığı atəşlə yaraladığından məqsədinə çata bilməyib. S. Quliyevi güllələyən əsgər isə sonradan intihar edib. Hadisə nəticəsində həlak olan Teymur Qarayev və Güloğlan Şahmuradovdan hansının intihar etdiyini dəqiqləşdirmək mümkün olmayıb. S. Quliyev yaralı vəziyyətdə hərbi hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev APA-ya faktı təsdiqləsə də, əsgərlərin adı və hadisənin təfərrüatı barədə məlumat verməkdən imtina edib. Qazax hərbi prokurorunun köməkçisi Firad Əliyev APA-ya açıqlamasında Gədəbəydəki N saylı hərbi hissədə əsgərlər arasında atışma baş verdiyini təsdiqləyib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə (qəsdən adamöldürmə) cinayət işinin başlandığını deyən F. Əliyev istintaq sirri olmasını əsas gətirərək, hadisənin başvermə səbəblərini açıqlamayıb. O, hadisə ilə bağlı saxlanılan olduğunu deyib. F. Əliyev istintaqın davam etdiyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR