Rusiyanın Krasnoyarsk şəhərində 1985-ci il təvəllüdlü azərbaycanlı öldürülüb

Rusiyanın Krasnoyarsk şəhərində 1985-ci il təvəllüdlü azərbaycanlı öldürülüb
# 13 avqust 2007 12:37 (UTC +04:00)
Rusiyanın Krasnoyarsk şəhərində bir azərbaycanlı öldürülüb. APA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən yaydığı xəbərə görə, 1985-ci il təvəllüdlü adı açıqlanmayan Azərbaycan vətəndaşı şəhərin Sovet rayonu ərazisində küçədə bir qrup yerli gənclə mübahisə edib. Mübahisə zamanı bıçaqlanan həmvətənimiz xəstəxanaya aparılarkən keçinib. O, Krasnoyarska atasının yanına gəlibmiş. Mərhumun atası, şəhərdə meyvə-tərəvəz alveri ilə məşğul olan Məmmədov soyadlı şəxs olayın şahidi olub. O, gəncləri ayırmağa çalışsa da, buna nail olmayıb, oğlu yaralandıqdan sonra isə təcili yardım çağırıb. Rayon Daxili İşlər İdarəsinin rəis müavini Aleksandr Bastrıkin qətlin milli münaqişə zəminində törədildiyi ehtimalı ilə razılaşmadıqlarını bildirib: “Biz qətlin məişət zəminində törədildiyi versiyasına üstünlük veririk”. Krasnoyarsk diyarının Prokurorluğu faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105.1 maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi qaldırıb, təhqiqat aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR