Azərbaycanın Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşmüş sakini Reyhanə Məcidovanın meyitinin axtarışı nəticə vermir

Azərbaycanın Dəvəçi rayonunun Dağ Bilici kəndinin itkin düşmüş sakini Reyhanə Məcidovanın meyitinin axtarışı nəticə vermir
# 14 avqust 2007 10:12 (UTC +04:00)
Qızların atası Zamir Məcidov APA-ya açıqlamasında aparılan axtarış tədbirlərindən razı qalmadığını bildirib. O, kiçik qızının meyitinin tezliklə tapılmasını tələb edib: “Dünən özüm də axtarış aparılan yerdə olmuşam və orada polis görməmişəm. Əsas axtarışı kənd sakinləri aparır. Kanal ətrafında yaşayan adamlar da kömək edir”. Dəvəçi rayon Polis Şöbəsinin rəisi Nizami Sadıqov isə APA-ya bildirib ki, polis əməkdaşları Samur-Abşeron kanalının Dəvəçi ərazisindəki yeraltı hissəsində 4 saata yaxın axtarış aparıblar. Axtarışın hələ ki, nəticə vermədiyini deyən N. Sadıqov buna baxmayaraq, kanal və onun ətrafında bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini söyləyib: “Mərhumların ailəsinin vəziyyətini anlayıram və onların narahatlığını təbii qəbul edirəm. Biz bacardığımızı edirik. Ümid edirəm ki, Reyhanə Məcidovanın meyiti tapılacaq”.
Qeyd edək ki, öldürülən bacılardan biri 14 yaşlı Nailə Məcidovanın meyiti avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb. Meyit həmin gün ailəyə təhvil verilib və avqustun 10-da dəfn olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR