Gürcüstandakı həbsxanada baş verən davada bir azərbaycanlı yaralanıb

Gürcüstandakı həbsxanada baş verən davada bir azərbaycanlı yaralanıb
# 14 avqust 2007 12:15 (UTC +04:00)
Tiflis şəhəri yaxınlığında yerləşən Avçala Cəzaçəkmə Müəssisəsində yeniyetmə məhkumlar arasındakı qarşıdurmada bir azərbaycanlı da iştirak edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Ədliyyə Nazirliyi Cəzaçəkmə Müəssisəsindəki kütləvi davada yaralanmış məhkumların adlarını açıqlayıb. Siyahıda azərbaycanlı Eldar Əliyevin də adı var. Yaralı məhkumlar hazırda xəstəxanada müalicə olunur. Onların durumu qənaətbəxşdir.
Qeyd edək ki, bu gün insidentdə iştirak edən məhkumların Rustavi şəhərində yerləşən həbsxanaya köçürülməsi nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR