Azərbaycanda Ceyranbatan Su Anbarının ərazisində yanğın baş verib

Azərbaycanda Ceyranbatan Su Anbarının ərazisində yanğın baş verib
# 14 avqust 2007 16:49 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Rövşən Cəlilov məlumat verib. Onun sözlərinə görə, yanğın meşə zolağının 30-35 hektarlıq ərazisinə də keçib. Yanğın nəticəsində ağaclar yanmasa da, ərazinin ot örtüyü sıradan çıxıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15-ə qədər yanğınsöndürmə maşını gəlib. Yanğın 18.30 radələrində tam söndürülüb.
R. Cəlilov hadisə ilə bağlı araşdırma aparıldığını və Xırdalan rayon İcra Hakimiyyətinə müraciət edildiyini deyib. Onun sözlərinə görə, artıq bir neçə dəfə təkrarlanan yanğın hadisəsinə əhalinin ehtiyatsızlığı səbəb olur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR