Azərbaycandakı “Neapol” istirahət mərkəzində dağıntı altında qalanların axtarışı davam edir -YENİLƏNİB

Azərbaycandakı “Neapol” istirahət mərkəzində dağıntı altında qalanların axtarışı davam edir -<font color=red>YENİLƏNİB</font>
# 14 avqust 2007 18:37 (UTC +04:00)
Şahidlər hadisə nəticəsində iki nəfərin dağıntılar altında qaldığını, bir nəfərin isə yüngül xəsarətlə çıxarıldığını bildiriblər. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası işləyir.
Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü tikinti meydançasında 17 nəfərin işlədiyini, hadisə baş verən zaman onlardan 14-nün qaça bildiyini, 3 nəfərin isə dağılntılar altında qaldığını deyib. Onun sözləinə görə, dağıntı altında qalanlardan biri artıq çıxarılıb, o yüngül xəsarət alıb. Digər iki nəfərlə bağlı isə axtarışlar aparılır.
Abşeron rayon prokurorunun müavini Əvəz Mövsümov isə artıq hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222-ci maddəsi (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi qaldırılıb.
Hadisə nəticəsində dağıntılar altında qaldığı ehtimal edilən şəxslərdən birinin 1962-cı il təvəllüdlü, Zəngilan rayon sakini Rafiq Məmmədov olduğu bildirilib. Bunu onun hadisə yerinə gəlmiş valideynləri və yaxınları bildiriblər. Dağıntılar altında qalmış digər şəxsin isə Rauf Abdullayev olduğu deyilir.
Hazırda hadisə yerinə dağıntı altında qaldığı ehtimal olunan şəxslərin valideynləri və qohumları gəlib.
Hadisə yerində axtarışların gecə də davam etdirilməsi üçün projektorlar quraşdırılır./APA/





#
#

ƏMƏLİYYAT İCRA OLUNUR