Abşeron rayon prokurorunun köməkçisi: “İkinci meyit çıxarılmayana qədər ekspertizanın nəticələri açıqlanmayacaq”-YENİLƏNİB

Abşeron rayon prokurorunun köməkçisi: “İkinci meyit çıxarılmayana qədər ekspertizanın nəticələri açıqlanmayacaq”-<font color=red>YENİLƏNİB</font>
# 15 avqust 2007 13:07 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerində olan Abşeron rayon prokurorunun köməkçisi Rauf Mövsümov ikinci meyit dağıntılar altından çıxarılmayana qədər ekspertizanın nəticələrinin açıqlanmayacağını deyib.
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda yerləşən “Neapol” istirahət mərkəzinin ərazisində tikilməkdə olan ikimərtəbəli binanın uçması nəticəsində ölən Rafiq Məmmədovun meyiti dağıntılar altından çıxarılaraq, ekspertizaya aparılıb.
Hadisə yerində FHN-nin rəhbərliyi, Abşeron rayonun rəsmiləri, media, R. Abdullayevin ailə üzvləri və qohumları gözləyir.
Onu da qeyd edək ki, avqustun 14-də Bakı-Sumqayıt yolunda yerləşən “Neapol” istirahət mərkəzinin ərazisində tikilməkdə olan ikimərtəbəli bina uçub. Hadisə baş verən zaman tikinti meydançasında olan 17 nəfərdən 14-ü qaça bilib. Rasim Məmmədov adlı şəxs bədən xəsarətləri ilə xəstəxanaya çatdırlıb.
Abşeron rayon prokurorluğunda hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222-ci (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) və 162-ci (əmək mühafizəsi qaydalarını pozma) maddələri ilə Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Cinayət işi müstəntiq Xanlar Qafarovun icraatındadır./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR