Abşeronda avtomobil betona çırpılıb, xəsarət alan var - FOTO

Abşeronda avtomobil betona çırpılıb, xəsarət alan var - FOTO
# 05 iyul 2021 05:41 (UTC +04:00)

Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində gedən yolda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, avtoqəza sürücünün yüksək sürətlə avtomobili idarə etməsi səbəbindən baş verib.

"BMW" markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. Bu səbəbdən avtomaşın beton arakəsməyə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR