Ağdam sakininin meyiti minalı ərazidən çıxarılıb

Ağdam sakininin meyiti minalı ərazidən çıxarılıb
# 16 noyabr 2021 12:24 (UTC +04:00)

Ağdamda minaya düşən şəxsin meyiti minalı ərazidən çıxarılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında Ağdam rayon Tağıbəyli kəndi ərazisində minaya düşən rayonun Təzəkənd kənd sakini Ağayev Zaur İsa oğlunun meyiti ANAMA-nın əməkdaşları tərəfindən minalı ərazidən götürülüb.

Qeyd edək ki, noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan APA-ya bildirilib ki, aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR