Astarada karantin qaydalarını pozan restoran sahibi və toy təşkilatçısı cərimələnib

Astarada karantin qaydalarını pozan  restoran sahibi və toy təşkilatçısı cərimə olunub

© APA | Astarada karantin qaydalarını pozan restoran sahibi və toy təşkilatçısı cərimə olunub

# 17 noyabr 2021 12:19 (UTC +04:00)

Astarada karantin qaydalarını pozduqlarına görə restoran sahibi və toy təşkilatçısı cərimə olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejim qaydalarından irəli gələn tələblərinin icra olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilir. Keçirilən müvafiq tədbirlərlə rayonun Pensər kəndi ərazisində yerləşən restoranda təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Bununla bağlı olaraq həmin restoranın sahibi Ü.Məmmədov və toyun təşkilatçısı N.Həsənov barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilməklə cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR