Azərbaycan Rusiyanın Mi-24 helikopterinin vurulması ilə bağlı sübutlar götürüb, ekspertizalar keçirib - YENİLƏNİB - VİDEO

Azərbaycan Rusiyanın Mi-24 helikopterinin vurulması ilə bağlı sübutlar götürüb, ekspertizalar keçirib - YENİLƏNİB  - VİDEO
# 29 iyun 2021 16:40 (UTC +04:00)

“9 noyabr 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalar aparılaraq cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, həmçinin digər lazımi prosessual hərəkətlər yerinə yetirilib”.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

Onun sözlərinə görə, hazırda cinayət işinin istintaqı davam edir, təyin edilmiş ekspertizaların rəylərinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

***

16.29

Azərbaycan Qarabağ müharibəsi zamanı Rusiyanın Mi-24 helikopterinin Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vurulması ilə bağlı iş üzrə sübutlar toplayıb və ekspertizalar keçirib, qəza ilə bağlı istintaq davam edir.

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 2020-ci il noyabrın 9-da məlumat yayaraq, Ermənistanın hava məkanında Rusiyaya məxsus Mi-24 helikopterinin vurulduğu barədə məlumat yayıb. Nəticədə iki ekipaj üzvü həlak olub, biri ağır yaralanıb.

Azərbaycan tərəfi Rusiya helikopterinin təsadüfən vurulduğunu açıqlayıb, baş verənlərə görə üzrxahlıq edib, təzminat ödəməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR