Bakı-Qazax yolunda iki yük maşını toqquşub, xəsarət alan var - FOTO

Bakı-Qazax yolunda qəza

© APA | Bakı-Qazax yolunda qəza

# 04 noyabr 2021 10:40 (UTC +04:00)

Tovuzda yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedec" markalı yük maşını digər "Mercedec" markalı yük maşına arxadan çırpılıb. Qəza zamanı xəsarət alan sürücülərdən biri FHN xilasediciləri tərəfindən yük maşınından çıxarılıb. Sumaqyıt şəhər sakini olan sürücü Vidadi Şabanov xəstəxanaya yerləşdirilib. İlkin etimala görə, qəzaya havanın dumanlı olması səbəb olub.

Toqquşan maşınların "Bazarstore"yə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR