Bakı sakini Hacıqabulda ölü tapılıb

Bakı sakini Hacıqabulda ölü tapılıb
# 02 oktyabr 2021 10:04 (UTC +04:00)

Hacıqabulun Rəncbər kəndində üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkarlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, araşdırmalar zamanı meyitin Bakı sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüsal Akif oğluna məxsus olduğu müəyyən edilib. Meyit müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR