Bakı şəhər Telefon İstehsalat Birliyindən oğurluq edən qardaşlar tutulub

Bakı şəhər Telefon İstehsalat Birliyindən oğurluq edən qardaşlar tutulub
# 15 iyul 2021 13:14 (UTC +04:00)

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər Telefon İstehsalat Birliyinə məxsus 185 metr telefon rabitə naqilini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri M.Birbalazadə və qardaşı müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR