Bank Of Baku

Bakıda arvadını öldürüb, özü intihara cəhd edən şəxs barəsində cinayət işi başlanıb

Bakıda arvadını öldürüb, özü intihara cəhd edən şəxs barəsində cinayət işi başlanıb
# 09 iyul 2021 09:42 (UTC +04:00)

İyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki,  zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib. 

Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR