Bakıda borcunu istəyən şəxsə 3 bıçaq zərbəsi vurulub

Bakıda borcunu istəyən şəxsə 3 bıçaq zərbəsi vurulub
# 12 noyabr 2021 02:13 (UTC +04:00)

Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Babək prospektində yaşanıb.

1985-ci il təvəllüdlü Əhədov Adil Rasim oğlu tanışına verdiyi borcu istəmək üçün onunla görüşüb. Tanışı ilə mübahisə əlbəyaxa dava ilə sonlanıb. Bu zaman A.Əhədova döş qəfəsi və ayağına üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə “AzərSuTikinti” xəstəxanasına aparılıb. O cərrahi əməliyyat edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR