Bakıda əri tərəfindən qətlə yetirilən qadının adı məlum olub - VİDEO - YENİLƏNİB

Bakıda əri tərəfindən qətlə yetirilən qadının adı məlum olub - VİDEO  - YENİLƏNİB
# 09 iyul 2021 03:16 (UTC +04:00)

Mətnə video əlavə olunub

***

Saat 00:53

Bakıda əri tərəfindən bıçaqlanaraq qətlə yetirilən qadının ad-soyadı məlum olub.

APA xəbər verir ki, bu, 1986-cı il təvəllüdlü Musayeva Elnarə Əlimusa qızıdır.

O, əri - 1980-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlunun vurduğu 22 bıçaq zərbəsi nəticəsində həyatını itirib. Məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.

Qeyd edək ki, onların birgə nikahdan iki övladı var.

***

Saat 00:43

Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

1980-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlu həyat yoldaşına bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Daha sonra Y.Cəfərov özünü bıçaqlayıb. Hadisə nəticəsində hələlik ad-soyadı bilinməyən qadın çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerində keçinib. Y.Cəfərov isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR