Bakıda gənc oğlan küçədə bıçaqlanıb

Bakıda gənc oğlan küçədə bıçaqlanıb
# 09 sentyabr 2021 02:50 (UTC +04:00)

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsində 1994-cü il təvəllüdlü Vəkilov Məcidbəy Qasımağa oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb.

O, döş qəfəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat edib. Məlum olub ki, M.Vəkilova iki bıçaq zərbəsi vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR