Bakıda iki yük avtomobili toqquşub - FOTO

Bakıda iki yük avtomobili toqquşub - FOTO
# 07 sentyabr 2021 22:58 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
“Mercedes” markalı qoşqulu yük avtomobili eyni istiqamətdə hərəkətdə olan digər “Mercedes” markalı qoşqulu yük maşınına çırpılıb. Qəza nəticəsində yük avtomobilinin sürücüsü xəsarət alıb.
Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR