Bakıda işıqforun qırmızı işığında keçən avtomobil qəza törədib - FOTO - VİDEO

Bakıda işıqforun qırmızı işığında keçən avtomobil qəza törədib - FOTO  - VİDEO
# 14 oktyabr 2021 01:21 (UTC +04:00)

Bakının Yasamal rayonunda üç avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi və Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsində baş verib.

“Volkswagen” markalı avtomobilin sürücüsü Məhəmməd Xiyabani küçəsi ilə dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini işıqforun yaşıl işığından keçən “Kia” markalı avtomaşına çırpıb. Daha sonra “Volkswagen” yol kənarında dayanan “Lada Priora” markalı avtomobilə və işıqfora çırpılıb. İşıqfor sıradan çıxaraq aşıb. Qəza nəticəsində “Kia”da olan bir nəfər xəsarət alıb.

Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR