Bakıda kitab mağazasından oğurluq edən şəxslər tutulub - VİDEO

Bakıda kitab mağazasından oğurluq edən şəxslər tutulub - VİDEO
# 07 iyun 2021 11:15 (UTC +04:00)

Paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.

Qeyd olunub ki, E.Süleymanlının və E.Əhmədovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR