Bakıda psixoloji mərkəzdən 5 min manatlıq oğurluq olub

Bakıda psixoloji mərkəzdən 5 min manatlıq oğurluq olub
# 27 may 2021 12:32 (UTC +04:00)

Bakıda psixoloji mərkəzdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də rayon ərazisindəki psixoloji xidmət mərkəzindən 5300 manat dəyərində aypad (iPad), fotoaparat və 8 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Abdullayev, Ucar rayon sakinləri O.Məmmədov və A.Əhmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR