Bakıda qadın həbsdə olan ərinə narkotik gətirib- FOTO

Bakıda qadın həbsdə olan ərinə narkotik gətirib

© APA | Bakıda qadın həbsdə olan ərinə narkotik gətirib

# 02 oktyabr 2021 12:29 (UTC +04:00)

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı Cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1, 237.2.3, 228.1 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Zabil oğlu Əliyevin yanına uzunmüddətli görüşə gəlmiş arvadı Ağdam rayon sakini Vüsalə Taryel qızı Əliyevanın əl çantasına baxış keçirilən zaman ümumi çəkisi 0,549 qram olan narkotik vasitə tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR