Bank Of Baku

Bakıda qatar naməlum şəxsi vuraraq öldürüb

Bakıda qatar naməlum şəxsi vuraraq öldürüb
# 15 dekabr 2021 14:25 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC Bakıda yük dəmiryol xəttinin üzərində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

QSC-dən APA-ya verilən məlumata görə, 14 dekabr 2021-ci ildə saat 08:30 radələrində Bakı Yük Stansiyasının Əhmədli neftdoldurma sahəsində qatar hərəkətdə olarkən, maşinist yolun üstündə kəsilmiş naməlum kişi meyiti görüb və dərhal tormozlama apararaq qatarı dayandırıb:

"Təcili hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin məlumata görə, naməlum şəxs gecə saat 00:45-01:45 radələrində manevr işləri aparılarkən 25 vaqonluq qatarın 12-ci vaqonunun altından keçməyə cəhd göstərib. Bu zaman qatar hərəkət edib və o vaqonun təkərləri altında qalaraq həlak olub”.

Hadisə aidiyyəti üzrə araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR