Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dekabrın 14-də bir əcnəbi vətəndaşın içərisində 1200 manat pul, bankomat kartı və sənədlər olan pul qabının oğurlanması barədə məlumat daxil olub.
DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini R. Bukavadze, əmisi oğlu M. Bukavadze və Yevlax rayon sakini A. Bəkirov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.