Bakıda yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib

Bakıda yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib
# 11 noyabr 2021 08:50 (UTC +04:00)

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 30 m² olan talvarın taxta atmaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yanğın zamanı yaxınlıqdakı evin tüstü dolmuş otaqlarından yatmış vəziyyətdə olan 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR