Bakıda yanğın zamanı xəsarət alan qadın xəstəxanada ölüb

Bakıda yanğın zamanı xəsarət alan qadın xəstəxanada ölüb
# 23 noyabr 2021 05:35 (UTC +04:00)

Bakının Yasamal rayonunda bir həftə əvvəl baş vermiş yanğın zamanı xəsarət alan 83 yaşlı qadın xəstəxanada ölüb.

APA xəbər verir ki, 1939-cu il təvəllüdlü Aliyyə İsayeva yerləşdirildiyi Yanıq Mərkəzində aldığı yanıq xəsarətlərindən bu gün dünyasını dəyişib.

Xatırladaq ki, noyabrın 16-da Yeni Yasamal yaşayış sahəsindəki çox mərtəbəli binada yanğın hadisəsi olub. A.İsayeva həmin hadisə zamanı xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR