Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb
# 26 iyun 2021 15:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən doqquzmərtəbli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində iki mənzilin eyvanının yanar konstruksiyaları və orada olan əşyalar qismən yanıb. Mənzillər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR