Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Məcid Fərzəliyev

© APA | Məcid Fərzəliyev

# 22 noyabr 2021 10:42 (UTC +04:00)

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, vətəndaş Məcid Fərzəliyevin “COVID-19” testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub. Buna baxmayaraq, həmin şəxs qaydaları kobud şəkildə pozaraq idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə şəhər ərazisində hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.
Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan M.Fərzəliyev barəsində Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR