Beyləqanda su anbarında batan 16 yaşlı oğlanın meyiti çıxarılıb - YENİLƏNİB

Beyləqanda su anbarında batan 16 yaşlı oğlanın meyiti çıxarılıb - YENİLƏNİB
# 06 iyul 2021 20:57 (UTC +04:00)

Beyləqan rayonunun Əmirzeydli kəndində su kanalında batan şəxsin meyiti tapılıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun axtarışları başa çatıb.

Ə.Bəbirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Saat 18:57

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Əmirzeydli kəndində 2005-ci il təvəllüdlü Bəbirov Əli Nadir oğlunun su kanalında batması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR