Biləsuvar və Yardımlıda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb

Biləsuvar və Yardımlıda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb
# 17 noyabr 2021 12:37 (UTC +04:00)

Biləsuvar və Yardımlıda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar rayon sakini M.Quliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Yardımlıda isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş E.Əsgərovun yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxs ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR