Biləsuvarda mağaza yanıb

Biləsuvarda mağaza yanıb
# 07 iyul 2021 09:47 (UTC +04:00)

Biləsuvar rayonunda ümumi sahəsi 32 m² olan mağazanın lambirindən ibarət tavanı yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR