​​​​​​​Cəlilabadda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

​​​​​​​Cəlilabadda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
# 13 oktyabr 2021 10:40 (UTC +04:00)

Cəlilabad rayonunda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Uzuntəpə kəndində "VAZ 2106" və "Hyundai" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Xəsarət alanlardan biri Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR