Cəlilabadda üç nəfər su anbarında batıb - VİDEO - YENİLƏNİB

Cəlilabadda üç nəfər su anbarında batıb - VİDEO  - YENİLƏNİB
# 09 iyun 2021 03:21 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 22:21

Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad rayonunda azyaşlıların su anbarında boğulması ilə bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, bu gün axşam saatlarında nazirliyin 112 Qaynar xətt nömrəsinə Cəlilabad rayonu, Gülməmmədli kəndində 3 nəfərin suda batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Cənub Dalğıc Axtarış Qrupu tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində bir azyaşlı və iki yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Saat 22:02

Cəlilabad rayonunda 3 nəfər su anbarında boğulub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Gülməmmədli kəndində baş verib.

Rayonun İnili kənd sakinləri olan 2015-ci il təvəllüdlü Həmzə Yaqubov və onun atası Nizami Yaqubov, həmçinin qardaşlar - 2004-cü il təvəllüdlü Həsən Rizvan oğlu Yaqubov və 2005-ci il təvəllüdlü Hüseyn Rizvan oğlu Yaqubov İncəçay su anbarına düşüblər. Onlardan yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub və o, xəstəxanaya yerləşdirilib. Uşaqların meyiti sudan çıxarılıb.

İlkin məlumata görə, həmin şəxslər su anbarının yanında şəkil çəkdirərkən suya yıxılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR