Dövlət Yanğından Mühafizə Xidməti: Yanğın zamanı 2 vətəndaş tüstüdən zəhərlənib, 40 nəfər təxliyə olunub

Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov

© APA | Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov

# 20 iyul 2021 16:35 (UTC +04:00)

Nərimanovda hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 2 vətəndaş tüstüdən zəhərlənib.

APA-nın xəbərinə görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yanğın zamanı 40-dan çox vətəndaş təxliyə olunub.

Ə. Novruzov deyib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələrinin idarəetmə mərkəzinə yanğınla bağlı məlumat saat 14:28-də daxil olub. Dərhal hadisə yerinə ərazi üzrə Nərimanov rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğın bölmələri cəlb olunub: "Bina 15 mərtəbəli, çoxfunksiyalı binadır. Birinci mərtəbəsində müxtəlif obyektlər var. Orada şaxtadan keçən elektrik kabelləri qısaqapanma baş verib, nəticədə təxminən 50 metrə yaxın elektrik kabeli və vətəndaşlara məxsus elektrik sayğacları yanıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR