DSX Akademiyası tələbəsinin intiharı ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

DSX Akademiyası tələbəsinin intiharı ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB
# 18 noyabr 2021 11:09 (UTC +04:00)

Dövlət Sərhəd Xidmət (DSX) Akademiyası tələbəsinin intiharı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, DSX Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.

***

09.57

Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR