Erməni terror-təxribatçı dəstənin üzvləri: “Əmr verilmişdi ki, Azərbaycan hərbçilərinə silahlı müqavimət göstərək” - YENİLƏNİB-2 - VİDEO

Terror təxribat törədən erməni silahlı dəstənin üzvlərinin məhkəməsi

© APA | Terror təxribat törədən erməni silahlı dəstənin üzvlərinin məhkəməsi

# 29 iyun 2021 17:04 (UTC +04:00)

Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi bu gün fasilədən sonra davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Petrosyan Albert Kamoyeviç ifadə verib.

O da digər təqsirləndirilən şəxslərlə eyni məzmunlu ifadə verib.

Qeyd edib ki, Azərbaycan hərbçiləri tərəfindən saxlandıqdan sonra onlara heç bir təzyiq göstərilməyib: "Bizə insani münasibət göstərdilər. Su və siqaret verdilər. Silah-sursatlarımızı onlara təhvil verdik. Azərbaycanlılar 300-400 nəfər idi".

Daha sonra prosesdə Qasparyan Qor Vaqramini ifadə verib. O da noyabr ayında Gümrüdə yerləşən hərbi komissarlığına çağırıldığını, Laçına, oradan da Hadrut istiqamətində dağa aparıldıqlarını deyib: "Bir neçə gündən sonra dağdan düşəndə Azərbaycan hərbçiləri tərəfindən saxlanıldıq. Silahlarımızı verərək təslim olduq".

Prokurorun sualını cavablandıran təqsirləndirilən şəxs deyib ki, Laçında sülhməramlıların yanından silahları ilə birlikdə keçiblər.

Qasparyan Qor Vaqraminin istintaqa ifadəsi də elan olunub. O, ifadəsində deyib ki, məqsədləri qarovolda dayanaraq olduqları ərazidən kiminsə keçməsinin qarşısına almaq olub: "Tapşırıq ondan ibarət idi ki, Azərbaycan tərəfindən kimsə gəlsə, onlara silahla müqavimət göstərməliyik".

Prosesdə təqsirləndirilən Minasyan Aram Qarnikoviç, Sefilyan Kamo Karenoviç, Baqasyan Armen Yegizari və Yenqoyan Sisak Qrişai də digərləri ilə oxşar ifadə verib.

Onların ibtidai istintaqa ifadələri də elan edilib.

Adları qeyd olunan şəxslər istintaqda bildiriblər ki, Azərbaycan Ordusunun hərbçiləri onların olduğu əraziyə yaxınlaşacağı təqdirdə, silahla müqavimət göstərmək əmri alıblar.

Hakim təqsirləndirilən şəxslərin hamısının ifadəsinin dinlənildiyini elan edib.

“İş üzrə iki nəfər şahid var. Onlar da gələn proses dəvət olunaraq dindiriləcək", - deyə hakim bildirib.

Məhkəmə prosesi iyulun 2-də davam etdiriləcək.

***

14.12

Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilir.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Asetryan Gevorq Norairoviç ifadə verib.

O, ifadəsində bildirib ki, noyabrın 27-də onları Gümrüdə yerləşən hərbi komissarlıqda toplayaraq Laçına gətiriblər: "Laçında səhərin açılmağını gözlədik. Səhər açıldı, qarşımızda rus sülhməramlıları vardı. Onlar bizi yoxlamadan, yola saldılar. "Ural"larla 40 dəqiqə yol getdik. Hansısa dağın ətəyində maşın dayandı. Orada dağı piyada qalxmağa başladıq. Dedilər ki, həmin ərazidə olan erməni əsgərləri dəyişəcəyik. O zaman komandirimiz polkovnik-leytanant Arsen Kazaryan idi. O bizi dağın başında bir nöqtədə yerləşdirdi. Dedi ki, lazım olanda gələcək. 10 gündən çox orda qaldıq”.

O, dekabrın 13-də dağdan düşərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən tutulduqlarını, heç bir müqavimət göstərmədən təslim olduqlarını, silahlarını Azərbaycan əsgərlərinə təhvil verdiklərini bildirib.

G. Asetryanın məhkəmədə verdiyi ifadə ilə istintaqda verdiyi ifadəsi arasında ziddiyyət yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadə elan edilib. O, istintaqda ifadəsində bildirib ki, olduqları ərazidə Azərbaycan Ordusunun hərbiçiləri gələcəyi təqdirdə silahla müqavimət göstərməklə bağlı tapşırıq alıblar.

Asetryan Gevorq Norairoviç ifadəsini təsdiqləyib.

Daha sonra təqsirləndirilən şəxs qismində Hakobyan Volodya Vaçaqani ifadə verib. Təqsirləndirilən şəxs qeyd edib ki, noyabr ayında çağırışçı kimi Gümrüdəki hərbi komissarlığa dəvət olunub: "Ayın 27-də hərbi komissarlıqda bildirdilər ki, gedib ərazidə olan hərbiçilərimizi növbəsini təhvil alacağıq. Onlar istirahət edəndən sonra qayıdacağıq. Bizə komissarlıqda avtomat və 4 daraq patronla təmin olunduq. "Ural"a mindik. Gecə Laçına çatdıq. Orada səhərə qədər gözlədik. Qarşımızda rus sülhməramlıları vardı. Komandirimiz Kazaryan onlarla nəsə danışdı, yoxlamadan bizə yol verdilər. Təxminən 40-50 dəqiqə yol getdik. Dağın ətəyində düşdük. Kazaryan bizi dağın başına çıxardı. Dedi ki, bir neçə gün burda qalıb müşahidə aparacağıq”.

O, dekabrın 13-də dağdan düşəndə yolu səhv saldıqlarını, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıqlarını, silah-sursatlarını təhvil verdiklərini deyib.

V. Hakobyanın da məhkəmədə və istintaqdakı ifadələrində ziddiyyət yarandığından ifadəsi elan olunub. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

Prosesdə Minosyan Mkrtıç Simonoviç də sərbəst ifadə verərək bildirib ki, Gümrü şəhərində yaşayıb, noyabr ayında hərbi komissarlığa çağırılıb: “Hərbi Komissarlıqda silahlandırıldıq. Bir avtomat və 4 ədəd patron daraqla təmin edildik. Gecə Laçına gəldik. Gecəni avtobuslarda yatdıq. Səhəri rus əsgərlərinin yanından keçdik. Bizi yoxlamadan yolu açdılar. Biz "Ural"la 40-45 dəqiqə yol getdik. Dağın ətəyində dayandıq. Komandirimiz Arsen Kazaryan çıxış edərək bildirdi ki, işimiz burada müşahidə aparmaqdır. Daha sonra bizi dəstələrə böldülər. Dağın başıma qalxdıq. 10 gündən artıq orada qaldıq”.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, 2016-2018-ci illərdə Xocalı ərazində hərbi xidmətdə olub: "Həmin ərazilərin Azərbaycana aid olduğundan xəbərim var idi. Lakin hərbi qulluqçu olduğum üçün verilən əmrlərə tabe olurduq”.

Məhkəmədə elan olunub ki, M. Minosyan istintaqa ifadəsində müşahidə apardıqları yerə Azərbaycan əsgərləri gələcəyi halda onlara silahlı müqavimət göstərmək barədə tapşırıq aldıqlarını deyib: "Arsen Kazaryan bizə demişdi ki, durduğum yer Ermənistanın ərazisidir. Bu səbəbdən həmin ərazilərə qarşı tərəfin hərbçiləri gələcəyi, təqdirdə silahla onlara atəş açmalıydıq".

Daha sonra prosesdə Karapetyan Yuri Tiqranoviç ifadə verib. O bildirib ki, noyabrın 26-da hərbi komissarlıqdan ona zəng gəlib: " Ayın 27-də Gümrüdə yerləşən hərbi komissarlığa getdim. Bizə bildirildi ki, Ermənistan sərhədini qorumağa gedirsiniz. Silahla təmin olunduq. Avtobuslara minərək yola düşdük. Yolda yatmışdım, oyananda gördüm ki, Laçındayıq. Həmin vaxt orda erməni mülki vətəndaşları var idi. Alış-verişlə məşğul idilər. Bizi "Ural"a mindirdilər. Rus sülhməramlıların yanından keçdik. Bizi heç kim yoxlamadı. Təxminən 40 dəqiqə yol gedərək, tanımadığım bir dağın yanına gətirdilər. Həmin yerdə erməni silahlıları var idi. Bizə dedilər ki, bir-iki gün qalacaqsınız. Lakin bizi aldatdılar, 10 gündən artıq orada çadırlarda qaldıq”.

Təqsirləndirilən Sedrakyan Romik Misakini də digərləri kimi oxşar ifadə verib.

R. Sedrakın ibtidai istintaqdakı ifadəsi də elan olunub. O, istintaqa ifadəsində bildirib ki, məqsədləri qarovulda dayanaraq, kimlərinsə ərazidən keçməsinin qarşısını almaq və Azərbaycan ordusuna silahla müqavimət göstərmək olub.

Təqsirləndirilən Matesyan Edqar Vaçaqanoviç isə məhkəmədə sərbəst ifadəsində deyib ki, buna qədər Qarabağda olmayıb, hərbi xidmətini İrəvanda keçib: “Hərbi komissarın müavini Arsen Kazaryan bizi avtobuslara mindirdi. Gecə Laçına çatdıq. Avtobusda yatdıq. "Ural"a minərək yola düşdük. Laçından 3-4 km sonra rus sülhməramlılarının yanında dayandıq. Orada komandirlərimizlə söhbət etdilər. Yoxlamadan maşınlarımızı buraxdılar”.

O da digər təqsirləndirilən şəxslər kimi, dağda postda müşahidə apardıqlarını deyib: “Bizi orada qoyun kimi atıb getdilər. Bəzilərimiz Arsen Kazaryana etiraz etdik ki, burada bizə ehtiyac yoxdur. Kazaryan dedi ki, kim qaçsa, 8 ildən 12 ilə qədər azadlıqdan məhrum ediləcək. Biz orada qalmağa məcbur olduq. Dedikləri vaxtda bizi geri qaytarmadılar. Daha sonra aşağı düşəndə Azərbaycan xüsusi təyinatları ilə rastlaşdıq. Onların komandirləri bizi çox anlayışlı davrandı, bizə siqaret, su verdi. Silahlarımızı təhvil verərək təslim olduq. Nə ifadə vermişəmsə, odur. Bizə tapşırılmışdı ki, Azərbaycan tərəfindən kimsə onlara yaxınlaşarsa, müqavimət göstərək, məlumat çatdıraq”.

Proses fasilədən sonra davam etdiriləcək.

***

10.18

Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcən prosesdə təqsirləndirilən şəxslər ifadə verir.

***

07.43

Bu gün Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

APA xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin ifadə verəcəyi gözlənilir.

Qeyd edək ki, rəsmi məlumata əsasən Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR