Erməni yaraqlılarının işində zərərçəkən: "Lüdvik Mkrtiçyan mənə amansız işgəncələr verib”

Erməni yaraqlılarının işində zərərçəkən: "Lüdvik Mkrtiçyan mənə amansız işgəncələr verib”
# 09 iyun 2021 13:28 (UTC +04:00)

“1999-cu ildə Tapqaraqoyunlu kəndi istiqamətində heyvan otararkən erməni hərbçiləri tərəfindən girov götürüldüm. Məni Şuşa həbsxanasına apardılar. Orada ayrı-ayrı şəxslər mənə ağır işgəncələr verdilər".

APA xəbər verir ki, bu sözləri birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin bu gün keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxs qismindən dindirilən Vəliyev Qərib Rövşən oğlu deyib.

O bildirib ki, Lüdvik Mkrtiçyanı Laçın rayonu ərazisində hərbi formada görüb: "Azərbaycan dilindən tərcüməçi kimi iştəyirdi. Sinəmə təpiklə vururdu, işgəncələr verirdi. Kabinetdə mənə 3 şillə vurdu, kabinetdən çıxıb kənarda oturdum. Mənə yaxınlaşdı, dizi ilə vurub başıma torba keçirdi və başladı mənə amansız işgəncələr verməyə. Bir gün axşama qədər məni döydü. Bizdən yaxınlıqdakı hərbi hissənin yerini soruşurdu və tələb edirdi ki, mən kəşfiyyatçı olduğumu boynuma alım. Azərbaycan dilində təmiz danışa bilir, çünki o bizimlə Azərbaycan dilində danışırdı. 2 ay əsirlikdə qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsi məni nəzarətə götürəndən sonra işgəncələr dayandı. Qayıdandan sonra 1 ay müddətinə müalicə olunmuşam".

Prokurorun suallarını cavablandıran zərərçəkmiş bildirib ki, ibtidai istintaqdan Lüdvik Mkrtiçyan onu tanıyıb: “Birinci dəfə üzləşmədə salam verdim, məni tanıdı. Amma ikinci üzləşmə zamanı məni tanıdığını inkar etdi. Mən isə onu görünüşündən və səsindən tanıdım”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR