FHN: Bakıda yağıntının fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir - VİDEO

FHN: Bakıda yağıntının fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir - VİDEO
# 29 sentyabr 2021 17:50 (UTC +04:00)

İntensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərinin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, bununla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub. Görülmüş operativ tədbirlər sayəsində paytaxtın Suraxanı və Sabunçu rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub. Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR